18 yaşlı gənc siqaret istədiyinə görə ürəyindən bıçaqlandı

18:11 - 27 Avqust 2021

18 yaşlı gənc siqaret istədiyinə görə ürəyindən bıçaqlandı

Türkiyənin Konya şəhərində yeniyetmə öldürülüb.

Manşet.az xəbər verir ki, hadisə bu gecə saat 3 radələrində, şəhərin Səlcuqlu qəsəbəsində qeydə alınıb. 18 yaşlı Özgür Koyun və dostu küçədə rastladıqları 16 yaşlı yeniyetmədən siqaret istəyib.

Bundan sonra tərəflər arasında dava düşüb. Nəticədə yeniyetmə üstündə gəzdirdiyi bıçaqla Özgüy Koyunun ürək nayihəsinə zərbə endirərək qaçıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Barəsində cinayət işi açılan 16 yaşlı gənc isə istintaq üçün yeniyetmələr şöbəsinə təslim edilib. unikal.org


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin