Paşinyan kəndlərimizin əsl adlarını söylədi - Ermənistan ŞOKDA (VİDEO)

16:27 - 27 Avqust 2021

Paşinyan kəndlərimizin əsl adlarını söylədi - Ermənistan ŞOKDA (VİDEO)

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün hökumətin iclasındakı çıxışı erməniləri sözün əsl mənasında şoka salıb.

Manset.az milli.az-a istinadən xəbər verir ki,  o, Zəngəzurdakı əzəli Azərbaycan kəndləri olan Eyvazlı və Çayzəminin adlarını ermənilərin indiyədək söylədikləri, yazdıqları təki "Karmrakar" və "Şurnux" kimi deməyib.

"Əminəm ki, Gorus-Qafan yolunun Eyvazlı və Çayzəmi kəndlərinin arasındakı hissəsinin açılması regional stabilliyə doğru addımların əla simvolu olardı", - N.Paşinyan deyib.

O, daha sonra söyləyib ki, bölgədə dayanıqlı sülhün, əmin-amanlığın və stabiliyin bərpası ilə bağlı Türkiyədən müsbət siqnallar alıb: "Deməliyəm ki, Türkiyədən bəzi publik müsbət, nikbin siqnallar almışıq. Bu siqnalları dəyərləndiririk. Pozitiv siqnallara pozitiv siqnallarla cavab verəcəyik".


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin