Xalq artisti konsertini təxirə saldı - SƏBƏB

18:06 - 12 Fevral 2023

Xalq artisti konsertini təxirə saldı - SƏBƏB

Xalq artisti Eyyub Yaqubovun Türkiyədəki zəlzələ səbəbindən Bakıdakı konserti təxirə düşüb.

 

Manset.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb:

"Bu çətin zamanda soydaşlarımızın acısını paylaşaraq vəfat edənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Acınız acımızdır Türkiyə".

O bildirib ki, 15-16 fevral tarixlərində Heydər Əliyev Mərkəzində planlaşdırılan konsert martın 25-i və 26-sında keçiriləcək.

Satılmış bütün biletlər mart ayı üçün etibarlıdır.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin