“İdman TV”-dən xanımlar üçün yeni layihə: “Qadın idmanda” - VİDEO

16:15 - 11 Fevral 2023

  “İdman TV”-dən xanımlar üçün yeni layihə: “Qadın idmanda” - VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni verilişə start verir.

 

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən Manset.az-a verilən məlumata görə, “İdman TV”-də “Qadın idmanda” adlı yeni layihə yayımlanacaq. 

Milli Olimpiya Komitəsinin dəstəyi ilə ərsəyə gələn verilişə Həcər Vəliyeva aparıcılıq edəcək.

“Qadın idmanda” verilişində idman aləmində gender bərabərliyi, onun təbliği, onun müdafiə olunması və s kimi nüanslardan bəhs olunacaq. Cüdo, boks, güləş və bu kimi ağır idman növlərində qadınlar necə yarışır, hansı formada hazırlaşır izləyicilərin diqqətinə çatdırılacaq. Verilişin ana xətti daha çox qadınları idmana cəlb etmək və onları idman üzrə maarifləndirmək üstündə qurulacaq.

Veriliş ayda iki dəfə olmaqla, şənbə günləri efirə gedəcək. İlk veriliş bu gün saat 17:00-da “İdman TV”-də yayımlanacaq.


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin