Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Bir nəfər öldürüldü, keçmiş məhkum bıçaqlandı

08:26 - 11 Fevral 2023

Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Bir nəfər öldürüldü, keçmiş məhkum bıçaqlandı

Paytaxtın Nizami rayonu Keşlə qəsəbəsində iki nəfərin bıçaqlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, fevralın 11-də saat 02 radələrində qəsəbə sakini əvvəllər məhkum olunan, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Rauf Hüseynov münaqişə zəminində əvvəllər məhkum olunan, 1988-ci il təvəllüdlü Xəyal Rəhimovu və 2000-ci il təvəllüdlü İlkin Rzayevə bıçaq xəsarətləri yetirib.

İ.Rzayev hadisə yerində ölüb, X.Rəhimov xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən R.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin