Məşhur cütlük elan etdi: 3-cü övladı gözləyirlər - FOTO

22:05 - 10 Fevral 2023

Məşhur cütlük elan etdi: 3-cü övladı gözləyirlər - FOTO

2008-ci ildə Fransa Açıq çempionatının (“Rolan Qarros”) qalibi, dünyanın sabiq bir nömrəli tennisçisi Ana İvanoviç sosial şəbəkədə yeni paylaşım edib.

 

Manset.az xəbər verir ki, idmançı əri, Almaniya millisinin heyətində 2014-cü ildə futbol üzrə dünya çempionu olmuş Bastian Şvaynştayqerlə birlikdə çəkdirdiyi fotonu yayımlayıb. Cütlük üçüncü övladlarını gözlədiklərini açıqlayıb.

Ana belə yazıb: “Rəsmən elan edirik ki, artıq biz azlıqdayıq”.

35 yaşlı Ana İvanoviç 2016-cı ilin dekabrında karyerasını bitirib. Bundan əvvəl, iyul ayında o, Şvaynştayqerlə evlənib. 2019-cu ilin oktyabrında Bastian karyerasını bitirdiyini elan etdi. Cütlüyün üç yaşlı Leon və beş yaşlı Luka adlı iki oğlu var.



Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin