COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
09:33 - 27 Avqust 2021
"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma alındı. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".
Manset.az-ın məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Mahir Emreli evdə Çexiyanın "Slaviya" (Praqa) komandasını 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
Varşava təmsilçisinin hər iki qoluna imza 24 yaşlı hücumçu görüş ərzində əllərinə düşən şanslardan yararlandıqlarını bildirib: "Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr. Futbol kollektiv oyunudur. Komanda şəklində mübarizə apardıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".
Emreli çətin rəqiblərlə oynamağa öyrəşdiklərini sözlərinə əlavə edib: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çoxlu təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürəm. Bu, elə də vacib deyil".
Qeyd edək ki, Çexiyadakı ilk matç heç-heçə yekunlaşıb - 1:1.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin