Aftandil İsrafilovun son vəziyyəti: Xalq artisti danışdı

19:03 - 9 Fevral 2023

Aftandil İsrafilovun son vəziyyəti: Xalq artisti danışdı

2022-ci ilin dekabr ayında reanimasiyaya yerləşdirilən və ölüm ayağında olan qarmon ifaçısı Aftandil İsrafilovdan yeni xəbər var.

 

Manset.az xəbər verir ki, Xalq artistinin vəziyyəti yaxşıdır. Bunu Lent.az-a açıqlamasında sənətçinin özü məlumat verib. 

Qarmon ifaçısı bildirib ki, onun müalicəsi davam edir:

“Şükür, yaxşıyam. Evdəyəm. Hazırda həkimlərin nəzarətindəyəm və müalicələrim davam edir. Səhhətimdə ötən aylar ərzində yaxşılaşma var. İnşallah, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, Aftandil İsrafilovun əsas problemi ağciyərlərində idi. Bundan başqa, onun ayaqlarına və ciyərlərinə su yığılmışdı. Böyrəkləri də, demək olar ki, işləmirdi. 


Xəbər xətti

10 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin