Milli Parkda qanunsuz ov alətləri aşkarlandı

16:41 - 9 Fevral 2023

Milli Parkda qanunsuz ov alətləri aşkarlandı

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Qızılağac Milli Parkının ərazisində növbəti nəzarət tədbirləri keçirilib. 

 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Manset.az-a bildirib ki, nəzarət tədbirləri zamanı milli parkın daxili su hövzələrində brakonyerlərə məxsus 5 ədəd qayıq aşkar edilib.

“Ərazidən 960 metr uzunluğunda sintetik tor və 272 ədəd qanunsuz ov aləti götürülüb. Xüsusi mühafizə olunan təbiət ərazilərində ov hallarının qarşısını almaq məqsədilə nəzarət tədbirləri davam etdirilir”, - F.Əliyev əlavə edib.



Xəbər xətti

24 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin