"Neftçi" "Olimpiakos"la transfer danışıqları aparır

23:39 - 26 Avqust 2021

"Neftçi"nin futbolçusu Mamadu Kanenin Yunanıstan "Olimpiakos"una mümkün keçidi ilə əlaqədar danışıqlar davam edir.

Manşet.az-ın məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov açıqlama verib. 43 yaşlı mütəxəssis bildirib ki, məsələyə yaxın günlərdə aydınlıq gələcək.

Onun fikrincə, Kanenin "Olimpiakos"a transferi alınarsa, bunun qarşısını kəsmək insafsızlıq olar: "Hamı belə komandalarda oynamağa can atır. Danışıqlarımız davam edir. Yaxın günlərdə məsələyə aydınlıq gələcək".


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin