Səlcuk Bayraktar zəlzələ bölgəsi üçün min konteyner tikəcək

00:15 - 8 Fevral 2023

Səlcuk Bayraktar zəlzələ bölgəsi üçün min konteyner tikəcək

Baykar İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlcuq Bayraktar soyuq havalarda zəlzələ bölgəsində insanları sığınmaq üçün min konteyner tikdirir.

 

Manset.az xəbər verir ki, hazırda zəlzələ bölgəsində soyuq havanın təsirli olduğu bölgədə evi dağılan və ya zədələnən minlərlə vətəndaş üçün sığınacaq ehtiyacı yaranıb. Gecələr havanın mənfiyə düşdüyü bölgədə ən böyük problem sığınacaq problemidir. İnsanlar soyuq havaya baxmayaraq çöldə gözləyirlər. Səlcuk Bayraktar deyir ki, zəlzələdən zərər çəkənlərin ən böyük ehtiyacı konteynerlərdir.

Hər biri 32 min türk lirəsi olan konteynerlərə 32 milyon TL ödəyən Bayraktar, eyni zamanda 50 milyon TL dəyərində qida, geyim, elektron cihaz və humanitar yardım materiallarını tədarük edərək, zəlzələ bölgəsinə göndərilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin