Yunanıstanlı xilasedicilər Hatayda 6 yaşlı uşağı dağıntılar altından çıxartdı - Sevincdən ağladılar (VİDEO)

23:07 - 7 Fevral 2023

Yunanıstanlı xilasedicilər Hatayda 6 yaşlı uşağı dağıntılar altından çıxartdı - Sevincdən ağladılar (VİDEO)

Türkiyədə baş verən zəlzələdən sonra Hataya kömək üçün gələn Yunanıstan axtarış-xilasetmə qrupu 6 yaşlı qızı dağıntılar altından çıxartdığı anlar hər kəsi duyğulandırıb.

 

Manset.az xəbər verir ki, Yunanıstan Xüsusi Fəlakət Müdaxilə Qrupu (EMAK) Hatayın İskəndərun rayonunda böyük ziyan görən axtarış-xilasetmə işlərində iştirak edir.
 
EMAK 50 yaşlı ata və 6 yaşlı qızını rayonda dağıntılar altından sağ-salamat çıxarıb. Sevincdən izun müddət bir-birini qucaqlayan Yunanıstan xilasediciləri göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələdən sonra Yunanıstan 21 yanğınsöndürən, iki həkim, üç təcili tibbi yardım işçisi, iki axtarış-xilasetmə iti,  bir axtarış-xilasetmə mütəxəssisindən ibarət bir yanğınsöndürən qrupu zərərçəkmiş əraziyə köməyə göndərib.

Davud

 

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin