Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

23:04 - 7 Fevral 2023

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.

 

Manset.az Report-a istinadən  xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin