Ana və qızı 33 saat sonra dağıntı altından sağ çıxarıldı - FOTO

22:58 - 7 Fevral 2023

Ana və qızı 33 saat sonra dağıntı altından sağ çıxarıldı - FOTO

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Manset.az xəbər verir ki, Hatay bölgəsində 33 saat dağıntılar altında qalan ana və qızı xilas edilib. 

Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən, yeniyetmə qızın ürəyi dayanıb. Həkimlərin təcili müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

Son məlumatlara görə, Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 5434 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 31 777 nəfərə çatıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin