Xilasedicilərimiz zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib - VİDEO

22:29 - 7 Fevral 2023

Xilasedicilərimiz zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

 

Manset.az xəbər verir ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 11 nəfəri sağ, 20 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin