Yüksək çinli dövlət məmurları Hadı Rəcəblinin yasında - FOTO
19 Aprel 2024
22:21 - 7 Fevral 2023
Kosovodan Türkiyəyə əhəmiyyətli dəstək verib.
Manset.az xəbər verir ki, Kosovo prezidenti Vjosa Osmani episentri Kahramanmaraş olan zəlzələlərdən sonra sabah bir günlük milli matəm elan edib.
Osmani sosial media hesabından verdiyi açıqlamada, "Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, 8 fevral çərşənbə günü Kosovo Respublikasında milli matəm günü elan edilib”.
Dünən Osmaninin göstərişi ilə Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) 30 nəfərlik əsgəri Adem Yaşari hava limanında Türkiyəyə doğru hərəkət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin