Bir atanın faciəsi - Zəlzələdə dünyasını dəyişən qızının əlini buraxmadı

21:54 - 7 Fevral 2023

Bir atanın faciəsi -  Zəlzələdə dünyasını dəyişən qızının əlini buraxmadı

Kahramanmaraşdakı zəlzələdən sonra keçən hər dəqiqə bölgədən daha da ağır xəbərlər gəlir.

 

Manset.az xəbər verir ki, Kahramanmaraşlı ata  Məsut Hançer zəlzələdə həyatını itirən 15 yaşlı qızı İrmakın əlini havanın soyuq olmasına baxmayaraq bir saniyə belə buraxmayıb. Kədərli ata zəlzələnin ilk günündən binanın dağıntıları arasında qızını gözləyib.

Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 3703-ə yüksəlib. Yaralıların sayının 22 min 286 olduğu açıqlanıb.

Davud


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin