Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.
Manset.az xəbər verir ki, son məlumata görə, 5 434 nəfər həyatını itirib, 31 777 nəfər xəsarət alıb.
***20:58
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artır.
Manset.az xəbər verir ki, AFAD-ın məlumatına görə, ölənlərin sayı 4544-çatıb.
Yaraliların sayı isə 26725-dir.
***20:10
Türkiyədə baş verən şiddətli zəlzələ zamanı ölənlərin sayı yenidən artıb.
Manset.az xəbər verir ki, zəlzələdə həyatını itirənlərin sayı 3 min 703-ə yüksəlib.
Yaralılar isə 22 min 286 nəfər qeyd olunur.