Saxta cərrahların məsələsi Milli Məclisdə - "Estetik cərrahlara icazəni kim verir?"
26 Noyabr 2024
20:35 - 26 Avqust 2021
Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun intensiv diplomatik danışıqları olub.
Manşet.az xəbər verir ki, M.Çavuşoğlu bu gün Əfqanıstan mövzusunda 3 ölkənin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon söhbəti edib.
M.Çavuşoğlu Britaniyanın xarici işlər naziri Dominik Raab, finlandiyalı həmkarı Pekka Olavi Haavisto, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə Əfqanıstandakı hadisələrlə bağlı müzakirə aparıblar.
Qeyd edək ki, bu gün M.Çavuşoğlu İranın yeni xarici işlər naziri Hüseyn Əmirabdullahi ilə də telefonla danışaraq yeni vəzifəyə təyin olunması ilə bağlı həmkarını təbrik edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin