Azərbaycanın general-mayoru zəlzələ bölgəsinə getdi

19:41 - 7 Fevral 2023

Azərbaycanın general-mayoru zəlzələ bölgəsinə getdi

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Xilasetmə Xidmətinin rəisi general-mayor Etibar İsmayılov Kahramanmaraş şəhərindədir.

 

Manset.az xəbər verir ki,  o, axtarış-xilasetmə əməliyyatlarında şəxsən iştirak edir.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib./report


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin