Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür etdi

19:20 - 7 Fevral 2023

Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür etdi

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.

 

Manset.az xəbər verir ki, o, bu barədə APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib.

Nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan qardaş Türkiyəyə yardım göstərib: 

“Digər ölkələrdən də yardım üçün gələnlər var. Ancaq köməyə ilk gələn Azərbaycan oldu”.

Süleyman Soylu meşə yanğınları zamanı da Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətini vurğulayıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin