Bu gün sülhməramlıların 63 maşını Laçın yolundan keçib

18:57 - 7 Fevral 2023

Bu gün sülhməramlıların 63 maşını Laçın yolundan keçib

Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin Laçın yolundan maneəsiz keçidi davam edib.

 

Manset.az xəbər verir ki, səhər saatlarından indiyədək RSK-ya məxsus 63 avtomobilin aksiya keçirilən ərazidən maneəsiz keçidi reallaşıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər.

Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin