Azərbaycanlıların zəlzələ bölgəsindən təxliyəsinə başlanıldı

18:48 - 7 Fevral 2023

Azərbaycanlıların zəlzələ bölgəsindən təxliyəsinə başlanıldı

Bu gün saat 15:00-dan etibarən Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyə prosesinə başlanılıb.

 

Manset.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

Səfir deyib ki, artıq dünən Azərbaycan hökuməti tərəfindən zəlzələ bölgələrində yaşayan azərbaycanlıların təxliyəsi ilə bağlı qərar qəbul edilib və bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyə avtobusları yola düşür.

“Biz operativ qərargahlara daxil olan zəngləri araşdırırıq və bunun əsasında təxliyə ediləcək insanları avtobuslara yerləşdiririk”, - səfir əlavə edib.

Rəşad Məmmədov qeyd edib ki, təxliyə ediləcək Azərbaycan vətəndaşları Gürcüstan üzərindən Vətənə yola salınacaq: “Artıq bir neçə avtobus dolub və yola düşür”.

Səfir təxliyə ediləcək Azərbaycan vətəndaşlarının sayını açıqlamayıb. O, qeyd edib ki, təxliyə olunanların sayını axşam elan edəcəklər.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin