COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
20:29 - 26 Avqust 2021
Danimarka millisinin kapitanı Simon Kyaer və həkimləri mükafatlandırılıblar.
Manşet.az xəbər verir ki, Avropa çempionatında Kopenhagendə Finlandiya yığmasına qarşı B qrupunun ilk oyununda (0:1) meydan sahiblərinin futbolçusu Kristian Eriksenin həyatını xilas edən şəxslərə UEFA Prezidenti Mükafatı verilib.
Mükafatı qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin təqdim edib.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiya ilə AVRO-2020-nin B qrupunun ilk görüşündə huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. O, 2010 - 2013-cü illərdə "Ayaks"ın formasını geyinib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin