“Bakıda özündən cavan sevgilisi olan qadınlar çoxalıb” - Psixoloq

18:25 - 7 Fevral 2023

“Bakıda özündən cavan sevgilisi olan qadınlar çoxalıb” - Psixoloq

"İndiki cavan oğlanlar yaşlı qadınlarla münasibət qurmağa daha çox üstünlük verirlər. Çünki, yaşca böyük xanıma oğlanlar təkcə qadın kimi yox, həm də maddi dayaq yeri kimi baxırlar".

 

Manset.az xəbər verir ki, bunu bizim.media ilə həmsöhbət olan psixoloq Gülnar Orucova deyib.

O bildirib ki, əvvəlki illərlə müqayisədə indi alfonsların sayı daha çoxdur:

"Əvvəllər heç belə ifadə yox idi. Amma indi baxırsan ki, alfonsların sayı hədsiz çoxalıb. Bunun psixoloji tərəfi də var. Lakin, psixoloji tərəfi elə də güclü səbəb deyil. Əsas səbəb maddiyyatdır. Cavan oğlanlar yaşlı xanımlardan daha çox yararlana bilirlər. Onlarda həm maddi dəstək alırlar, həm də istədikləri diqqəti görürlər. Amma cavan qızlardan arzulanan diqqət və maddi dəstək görülmür. Üstəlik, yaşlı xanımlarla münasibət bir növ təhlükəsizdir. Alfons yaşlı xanım qarşısında heç bir öhdəlik götürmür. İstədiyi vaxtda da əlaqəni kəsə bilir. Hətta yaşlı qadınları çox asanlıqla şantaj etmək olur. Son illər belə şantajlar məhkəməyə qədər gedib çıxdığını da görürük".

Psixoloq onu da qeyd edib ki, kişilər əsasən hündürdabanlı ayaqqabı geyinən, iddialı və gözəl görkəmə malik xanımlara daha çox diqqət yetirirlər:

"Lakin, bu cür yanaşma qısa müddətli münasibət üçün keçərlidir. Uzunmüddətli münasibətlərdə cavan oğlanlar daha yaşlı qadınlara maraq göstərirlər. Bunun bir səbəbi maddiyatla bağlıdırsa, digər səbəbi psixoloji problemdir. Bəzi cavanlar xanımlardan analarından gördüyü nəvazişi və diqqəti umurlar. Lakin cavan qızlar çox zaman bunları verə bilmir. Ona görə də xaraktercə zəif olan cavan oğlanlar yaşlı qadınlara maraq göstərirlər. Düşünürlər ki, onların istədiyi diqqət və qayğını ancaq yaşlı və həyat təcrübəsi olan qadınlar verə bilər". 

Gülnar Orucova bir maraqlı məqama da toxunub:

"Yaşlı və imkanlı qadınlar arasında da cavan oğlan "ovuna" çıxanlar az deyil. Müştərilərimin arasında çox imkanlı və kifayət qədər yaşı olan qadınlar var ki, cavan oğlanla sevgi yaşayır. Bu sadəcə onların ikinci həyatıdır. Bəzi yaşlı xanımlar hətta bu yolda məndən psixoloji yardım da istəyirlər".


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin