Suriyada da matəm elan edildi

17:54 - 7 Fevral 2023

Suriyada da matəm elan edildi

Suriya Müvəqqəti Hökuməti Suriyanın şimalında Kahramanmaraş mərkəzli zəlzələlərin baş verdiyi bölgələrdə matəm elan edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, axtarış-xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyi bildirilən açıqlamada, "Suriyada zəlzələdən zərər çəkən bölgələrdə matəm elan edilərək, məktəb və universitetlərdə 11 fevrala qədər təhsil dayandırıldı" – bəyan edilib.

Son rəqəmlərə görə, zəlzələlər nəticəsində Suriyanın müxtəlif bölgələrində 1602 nəfər ölüb, 3 min 649 nəfər yaralanıb.

Manşet.az

 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin