"Qarabağ" - "Gent" oyununun biletləri satışa çıxarılır

17:54 - 7 Fevral 2023

UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Gent” (Belçika) oyununa biletlər satışa çıxarılır. 

 

Bu barədə Manset.az-a klubun mətbuat xidmətindən məlumat verilib. 

Biletlər fevralın 10-dan satışda olacaq. Azarkeşlər biletləri iticket.az saytından, Tofiq Bəhramov adına Respublika stadionun kassalardan, həmçinin, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərindən əldə edə bilərlər. 

Biletlərin qiyməti müvafiq olaraq 5-100 manat aralığında olacaq.

Qeyd edək ki, fevralın 16-da keçiriləcək "Qarabağ" - "Gent" görüşü saat 21:45-də başlayacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin