Ukrayna Rusiyanın döyüş təyyarəsini VURDU

17:26 - 7 Fevral 2023

Ukrayna Rusiyanın döyüş təyyarəsini VURDU

Ukrayna ordusu Donetsk vilayətində Bəhmutda Rusiyaya məxsus Su-25 tipli döyüş təyyarəsini vurub.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna Dövlət Sərhəd Xidmətindən verilən açıqlamada, Donetsk vilayətinin Bəhmut səmasında Rusiya ordusuna məxsus Su-25 tipli döyüş təyyarəsinin Ukrayna qüvvələrinin müdafiə xəttində irəliləyən rus piyadalarını havadan qoruduğu bildirilib:

“Mühafizəçilərimiz portativ zenit-raket kompleksindən atəş açaraq Rusiyanın Su-25 qırıcısını vurub. Təyyarə raketlə vurulduqdan sonra yerə çırpılaraq alovlanıb”.

Açıqlamada pilotların taleyinin hələlik məlum olmadığı bildirilib.

Manşet.az


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin