İspaniya 500 dənizçi ilə iki hərbi gəmini Türkiyəyə yönləndirdi

16:19 - 7 Fevral 2023

İspaniya 500 dənizçi ilə iki hərbi gəmini Türkiyəyə yönləndirdi

İspaniya Kahramanmaraşda zəlzələ qurbanlarına kömək etmək üçün bölgədə səhra xəstəxanası quracağını açıqlayıb və xilasetmə işlərinə kömək etmək üçün 500 dənizçi ilə iki hərbi gəmini Türkiyəyə yönləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İspaniya hökuməti, həmçinin sağlamlıq personalı, logistika və koordinasiya işləri üçün 70 nəfərlik peşəkar bir qrup göndəriləcəyini də açıqlayıb.

İspaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada səhra xəstəxanasının qurulması üçün Türkiyəyə 70 nəfərlik peşəkar heyət göndəriləcəyi bildirilib.

Xarici işlər naziri Jose Manuel Albares öz Twitter hesabında bildirib ki, səhra xəstəxanası ilə yanaşı, Milli Səhiyyə Sisteminin qrupları da Türkiyədə fəlakət bölgələrinə göndəriləcək və Suriyaya da yardım göstəriləcək.

Nazirlikdən verilən açıqlamada, İspaniyanın yardım qrupu 72 saat ərzində dünyanın istənilən yerinə yerləşdirilməyə hazırdır, komandada 40-dan çox feldşer və 10-dan çox maddi-texniki yardım mütəxəssisinin olduğu, səhra xəstəxanasının gündə 150-200 xəstəyə qulluq etmək, cərrahiyyə əməliyyatı aparmaq və 20 internat xəstəsini qəbul etmək üçün təchiz olunduğu qeyd edilib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin