Rusiya zəlzələ zonaları üçün xəbərdarlıq yayımladı

16:06 - 7 Fevral 2023

Rusiya zəlzələ zonaları üçün xəbərdarlıq yayımladı

Rusiya İqtisadi İnkişaf Nazirliyi Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələri üçün səyahət xəbərdarlığı edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlik Rusiya vətəndaşlarına “seysmik təhlükə” səbəbindən zəlzələdən zərər çəkmiş ərazilərə səyahətdən çəkinməyi tövsiyə edib:

“Türkiyənin mərkəzi və cənub bölgələrində seysmik aktivliyin artması ilə əlaqədar Kahramanmaraş, Malatya, Diyarbəkir və Qaziantep əyalətlərinə səfərlərdən çəkinmək tövsiyə olunur”, - deyə məlumatda bildirilir.

Nazirlik elan edib ki, Rusiya vətəndaşları zəlzələ zonalarında olan və ya səyahət edənlərə təcili yardım üçün telefon nömrəsini paylaşaraq Rusiya Xarici İşlər Nazirliyinin Vəziyyət və Böhran Mərkəzi şöbəsi ilə əlaqə saxlaya bilərlər.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin