Finlandiya və İsveç XİN-dən Türkiyə ilə bağlı BƏYANAT

15:57 - 7 Fevral 2023

Finlandiya və İsveç XİN-dən Türkiyə ilə bağlı BƏYANAT

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Finlandiyanın Espoo şəhərində İsveç xarici işlər naziri Tobias Billström ilə görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haavisto, 10 əyalətə təsir edən zəlzələlərdən təəssüfləndiyini ifadə edərək, "Bölgədəkilərin qış şəraitində mütləq dəstəyə ehtiyacı olduğunu anlayırıq. Uzun müddətdə həm Türkiyədə, həm də Suriyada yenidən strukturlaşmaya böyük ehtiyac olacaq. Bu prosesdə iştirak etmək bizim üçün vacibdir” – deyib.

Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar başsağlığı verdiyini bildirən Haavisto Finlandiyanın prosesdə sürətli reaksiya göstərdiyini və mütəxəssislərini Türkiyəyə göndərdiyini bildirib.

Haavisto, Qırmızı Xaç və digər mənbələrdən əldə etdikləri yardım materialını paylaşmağa hazır olduqlarını ifadə edib.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin