65 ölkədən 2 min 660 personal zəlzələ bölgələrinə gedir - ÜST

15:31 - 7 Fevral 2023

65 ölkədən 2 min 660 personal zəlzələ bölgələrinə gedir - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bölgəsinin direktoru Hans Kluq bildirib ki, 65 ölkədən 2660 personal zəlzələ fəlakətindən zərər çəkmiş bölgələrə gedir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu gün ÜST İdarə Heyətinə zəlzələ fəlakəti və ehtiyaclar haqqında məlumatlandırıcı təqdimat edilib.

İclasda çıxış edən ÜST-nin baş direktoru Tedros Adhanom “İndi zamanla yarışdır. Hər dəqiqə, hər saat, sağ qalanları tapmaq şansı azalır. Davam edən zəlzələlər, ağır qış şəraiti, yollara, enerji təchizatına, rabitə və digər infrastruktura ziyan dəyən giriş və digər axtarış-xilasetmə səylərinə mane olmaqda davam edir” – deyib.

O, əlavə edib ki, ÜST Dubaydakı logistika mərkəzindən üç çarter reysi ilə tibbi ləvazimatları, o cümlədən böyük cərrahi travma dəstlərini göndərir.

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin