ÜST-dən Türkiyə ilə bağlı qorxunc ZƏLZƏLƏ AÇIQLAMASI

15:25 - 7 Fevral 2023

ÜST-dən Türkiyə ilə bağlı qorxunc ZƏLZƏLƏ AÇIQLAMASI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi Türkiyədə zəlzələ nəticəsində yaşanan kütləvi insan tələfatı barədə şok açıqlama verib. 

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, təşkilatın Avropa üzrə nümayəndəsi Katrin Smolvud ölü sayının 8 qat artacağını bildirib:

"Təəssüf ki, baş verən bütün zəlzələlərdə hər zaman eyni halı müşahidə edirik. Dağıntılar altında xeyli insan var. Bu səbəbdən də həftə ərzində ölən və yaralanların sayının əhəmiyyətli dərəcədə artması gözlənilir. Ölü sayı isə 8 qat artacaq".

Xatırladaq ki, Türkiyədə baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra 10 şəhərdə həyatını itirənlərin sayı 3432-yə çatıb, 21 min 103 nəfər yaralanıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin