Qətər Türkiyə və Suriyada zəlzələ qurbanları üçün 10 min konteyner ev göndərəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mövzu ilə bağlı Qətər Xarici İşlər Nazirliyindən açıqlama verilib. Açıqlamada Qətərin xilasetmə işləri çərçivəsində Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə 10 min konteyner evi göndərəcəyi qeyd edilib.
Qətər əmiri Şeyx Təmim bin Hamed Al Thani-nin Türkiyəyə “hava körpüsü” yaradılmasına göstəriş verdiyi bildirilib.
İlk olaraq Beynəlxalq Qətər Axtarış və Xilasetmə Qrupundan bir qrupun hava gəmisi ilə gələcəyi bildirilən xəbərdə bu komandanın səhra xəstəxanası quracağı, humanitar yardım, qış şəraiti ilə mübarizə üçün materiallar və çadırlar gətirəcəyi bildirilib.
Manşet.az