Azərbaycandan Hataya gedən xilasedicilər gecə saatlarından bəri fasiləsiz işləyirlər - VİDEO

14:45 - 7 Fevral 2023

Azərbaycandan Hataya gedən xilasedicilər gecə saatlarından bəri fasiləsiz işləyirlər - VİDEO

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Hatayda gecə saatlarından bəri fasiləsiz şəkildə axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, xilasedicilərimizdən biri bununla bağlı sosial şəbəkələrdə kadrlar paylaşıb.

“Azərbaycandan gəldim, hazırda Hataydayam. Gecədən bəri buradayıq”, - deyə FHN əməkdaşı bildirib.

O, artıq bir nəfəri sağ çıxara bildiklərini vurğulayıb.

“Əlimizdən gələni edirik, çalışacağıq qalanlarını da xilas edək”, - deyə axtarış-xilasetmə qrupunun üzvü bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə yollanıb.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin