“Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-də daimi üzv olması ədalətli yanaşma olacaq” - İlham Əliyev

13:53 - 7 Fevral 2023

“Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-də daimi üzv olması ədalətli yanaşma olacaq” - İlham Əliyev

“Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılması vacibdir. Azərbaycan Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış edib”.

 

Manset.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Konqonun ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin