“Çin kəşfiyyat şarı partlayıcı maddə daşıya bilərdi” - Amerikalı general

13:50 - 7 Fevral 2023

“Çin kəşfiyyat şarı partlayıcı maddə daşıya bilərdi” - Amerikalı general

“Çinin “casus hava şarı” özünü məhvetmə mexanizminə malik ola və partlayıcı maddələr daşıya bilərdi”.

 

Manset.az xəbər verir ki, bu barədə Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) və ABŞ Hərbi Hava Qüvvələrinin Şimal Komandanlığının komandiri, general Qlen Van Herk bəyanat verib.

Qlen Van Herk Çin hava şarının məhv edilməsi əməliyyatına rəhbərlik edib.

Onun sözlərinə görə, ABŞ-nin əlində şarın partlayıcı daşıdığına dair sübut yoxdur, lakin bu variantı istisna etmək də olmaz.

Van Herk qeyd edib ki, hava şarının sahil yaxınlığında vurulmasına səbəb məhz partlayış təhlükəsi olub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin