İranın zəlzələ baş vərən Xoy şəhərinin sakinləri ard-arda problemlərlə üzləşməyə davam edirlər.
Manset.az xəbər verir ki, şəhərin Bədəlan kəndinin sakinləri sığınacaq çadırları ilə bağlı problem yaşayıblar.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Belə ki, Xoy şəhərində zəlzələdən zərərçəkmiş insanların sığındığı çadır yanaraq kül olub.