“Sabah” klubu yeni rekorda imza atdı

12:35 - 7 Fevral 2023

“Sabah” klubu yeni rekorda imza atdı

“Sabah” klubu tarixinin yeni rekorduna imza atıb.

 

Manset.az xəbər verir ki, Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, paytaxt təmsilçisi buna “Səbail”i 4:0 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXI tur oyununda nail olub.

“Bayquşlar” çempionatda ardıcıl dörd quru oyun keçiriblər. Murad Musayevin baş məşqçi olduğu kollektiv mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurub.

2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən Bakı klubu ardıcıl 4 quru hesablı qələbə qazanıb.

“Sabah” sonuncu dəfə XVII turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb – 2:2.

Bunadək komandanın ən uzun quru seriyası 3 oyundan ibarət olub. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin