Leopard tankları Polşaya çatdı - FOTO

12:02 - 7 Fevral 2023

Leopard tankları Polşaya çatdı - FOTO

Qərb dövlətləri Ukraynaya dəstəyini davam etdirir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir çox ölkələr Ukraynaya tank yardımı edəcəklərini bəyan ediblər. Bu çərçivədə Kanadanın göndərdiyi 2 “Leopard” tipli tank artıq Polşaya çatıb.

Kanadanın müdafiə naziri Anita Anand ilk Leopard 2 əsas döyüş tankının Polşaya çatdığını açıqlayıb.

 Anand sosial media hesabından açıqlama verərək, “Ukraynaya hədiyyə etdiyimiz ilk Kanada Leopard 2 əsas döyüş tankı Polşaya çatdı. Müttəfiqlərimizlə yanaşı, biz yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinə bu texnikadan istifadəni öyrədəcəyik. Kanada Ukraynanı dəstəkləməyə davam edəcək” – bəyan edib.

"Leopard" tanklarının xüsusiyyətləri

- Lüləsinin ümumi uzunluğu 9,97 metrdir.

- Eni 3,75 metrdir.

- Hündürlüyü 2,76 metrdir.

-V12 MTU MB873 K-501 dizel mühərriki ilə təchiz edilib və 1479 at gücünə malikdir.

-Ağır tanklardan biridir və orta çəkisi 60 tondur.

- Onun maksimal sürəti saatda 72 kilometrdir.

-İstifadəyə, yerə və bölgəyə görə dəyişsə də, cəmi edilə biləcək maksimum məsafə orta hesabla 450-460 kilometrdir.

- Zireh kompozit zirehdir və 3-cü nəsil zirehdir.

- Ekipajın ümumi sayı 4 nəfərdir.

Manşet.az



Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin