Xilasedicilərimiz Kahramanmaraşda: 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - VİDEO

11:45 - 7 Fevral 2023

Xilasedicilərimiz Kahramanmaraşda: 1 nəfərin meyiti dağıntılar altından çıxarılıb - VİDEO

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Türkiyədə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

 

Bu barədə Manset.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir:

"Artıq FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar. Həyata keçirilmiş ilkin əməliyyatlar nəticəsində bir nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək".


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin