Çindən Türkiyəyə ilk yardım qrupu yola düşdü

11:43 - 7 Fevral 2023

Çindən Türkiyəyə ilk yardım qrupu yola düşdü

Mərkəzi Kahramanmaraş olan 10 əyalətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Çin fəlakətin bərpası işlərinə dəstək olmaq üçün Türkiyəyə mülki yardım qrupu göndərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Ramunion” axtarış-xilasetmə təşkilatının 8 nəfərlik qrupunun xilasetmə radarı, dağıntı kəsmə alətləri və xüsusi təlim keçmiş itlə yola çıxdığı bildirilib.

Sabah günorta saatlarında fəlakət bölgəsinə çatması gözlənilən komandanın milli və beynəlxalq axtarış-xilasetmə missiyalarında geniş təcrübəyə malik olduğu bildirilib.

Bu arada Çin Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (CIDCA) vitse-prezidenti Dinq Boqinq Pekin rəhbərliyinin Türkiyəyə dəstək üçün təcili humanitar yardım mexanizmini işə saldığını bildirib.

Dinq qeyd edib ki, CIDCA vasitəsilə Türkiyəyə 40 milyon yuan (5,8 milyon dollar) təcili maliyyə yardımı göstəriləcək.

Çin Qızıl Xaç Cəmiyyəti də Türk Qızıl Aypara Cəmiyyətinə 200 min dollarlıq təcili humanitar yardım köçürəcəyini də açıqlayıb. Zəlzələdən zərər çəkmiş bölgələrdəki yardım səylərini yaxından izlədiklərini bildirən qurum rəsmiləri lazım gəldikdə daha çox yardım göstərməyə hazır olduqlarını bildiriblər.

Türkiyədəki Çin vətəndaşlarının da təbii fəlakətdən xilasetmə işlərinə dəstək verdiyini və Çindən gələn ilk yardım ləvazimatlarının, o cümlədən çadırlar, yataq çantaları və adyalların bu gündən paylanmağa başlamasının gözlənildiyini bildirib.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin