“KazMunayQaz” BTC kəməri ilə neft tədarük edəcək

11:33 - 7 Fevral 2023

“KazMunayQaz” BTC kəməri ilə neft tədarük edəcək

Qazaxıstanın “KazMunayQaz” neft şirkəti fevralda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft nəqlinə başlayacaq.

 

Manset.az xəbər verir ki, bu barədə “Reuters”in mənbələri məlumat veriblər.

Məlumata görə, “KazMunayQaz” BTC ilə 120 min ton həcmində neft tədarük edəcək. Bu, şirkətin Amerikanın “Chevron” şirkəti ilə birgə sahibi olduğu “Tengizchevroil”da payı kimi əldə edilib.

“Reuters”in bildirdiyinə görə, “KazMunayQaz” Azərbaycanın SOCAR şirkəti ilə ildə 1,5 milyon tona qədər neftin tədarükü barədə razılığa gəlib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin