Polis əməkdaşının avtomobili qəzaya düşdü - Ölən var

11:17 - 7 Fevral 2023

Polis əməkdaşının avtomobili qəzaya düşdü - Ölən var

Qəbələdə ölümlə nəticələnən yol qəzası baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 10:30-da Qəbələ şəhəri, 28 May küçəsində - Qəbələ Reabilitasiya Mərkəzinin qarşısında baş verib.

Belə ki, Bakı Metropoliteninin Mühafizəsi üzrə polis şöbəsinin polis serjantı Məmmədov Mənsur Rəmzi oğlunun idarə etdiyi “VAZ-2107”, 1957-ci il təvəllüdlü Məmmədov Rəhim Rəşid oğlunun sürdüyü “VAZ-2106” və Mikayılov Ələsgər İmam idarə etdiyi “VAZ-2107” toqquşub.

Nəticədə hər 3 sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Görülmüş tibbi tədbirlərə baxmayaraq Rəhim Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin