Yaponiya Beynəlxalq Təcili Xilasetmə Qrupu İstanbula çatdı

10:38 - 7 Fevral 2023

Yaponiya Beynəlxalq Təcili Xilasetmə Qrupu İstanbula çatdı

Yaponiya tərəfindən göndərilən 18 nəfərlik Beynəlxalq Təcili Xilasetmə Qrupu İstanbula gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Haneda hava limanından havaya qalxan və Yaponiya Beynəlxalq Təcili Xilasetmə Qrupunun 3 üzvü və 15 nəfərlik xilasetmə qrupundan ibarət aparıcı qrupu daşıyan təyyarə İstanbul Hava Limanına eniş edib.

İstanbul Hava Limanından transfer olan komanda Adanaya hərəkət edib. Yaponiya Beynəlxalq Təcili Xilasetmə Qrupu Adanaya çatdıqdan sonra zəlzələ bölgəsində axtarış-xilasetmə işlərinə dəstək verəcək.

Yaponiya Xarici İşlər Nazirliyinin bəyanatında, “Yaponiya Türkiyə ilə humanitar perspektivi və dostluq münasibətlərini nəzərə alaraq, təcili humanitar yardım göstərmək qərarına gəlib”, - deyilir.

Manşet.az


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin