Pakistan Türkiyəyə axtarış-xilasetmə qrupları göndərdi - FOTO

10:06 - 7 Fevral 2023

Pakistan Türkiyəyə axtarış-xilasetmə qrupları göndərdi - FOTO

Pakistan baş nazir Şahbaz Şərifin göstərişi ilə Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərə görə Türkiyəyə axtarış-xilasetmə qrupları göndərib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, baş nazirlikdən verilən açıqlamaya əsasən, 50 nəfərlik axtarış-xilasetmə qrupu və 25 ton yardım materialı bu səhər Pakistan Beynəlxalq Hava Yollarına (PİA) məxsus təyyarə ilə Türkiyəyə yola düşüb.

Pakistan ordusu isə Ravalpindidəki Çakala Hava Bazasından havaya qalxan silahlı qüvvələrin C-130 nəqliyyat təyyarəsinin Adanaya doğru yola düşdüyünü açıqlayıb.

Açıqlamaya görə, burada lazımi avadanlıqlarla təchiz edilmiş təlim keçmiş it və axtarış-xilasetmə qrupu, həkim, tibb bacısı, texniki işçilərdən ibarət tibbi yardım qrupu, 30 çarpayılıq səyyar xəstəxana və müxtəlif yardım materialları mövcuddur.

Bu gün axşam saatlarında qış çadırları, adyal və digər məhsullar daxil olmaqla 7 ton yardım materialı C-130 təyyarəsi ilə Lahordan İstanbula daşınacaq.

Digər tərəfdən sabahdan etibarən İslamabad və Lahordan PİA-nın gündəlik reysləri ilə Türkiyə və Suriyaya 15 ton humanitar yardım və tibbi qruplar göndəriləcək.

Manşet.az



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin