3 yaşlı Miran 22 saat sonra dağıntılar altından sağ çıxarıldı - FOTO

10:00 - 7 Fevral 2023

3 yaşlı Miran 22 saat sonra dağıntılar altından sağ çıxarıldı - FOTO

Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra Malatyada çökən binanın altında qalan 3 yaşlı Miran 22 saat sonra dağıntılar altından sağ çıxıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir.

Məlumata görə, Miran Tekeşdən başqa 5 mərtəbəli yaşayış binasının dağıntıları altında qalan 26 yaşlı Abdullah Uraz da 22 saat sonra xilas edilib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb. Son məlumatlara görə, zəlzələ nəticəsində 2 921 nəfər həlak olub, 15 834 nəfər yaralanıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin