Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə çatıb: “Yaralıların sayı isə 20 534 nəfər təşkil edir. Dağıntılar altından 8 mindən çox insan çıxarılıb”.
***
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölənlərin sayı 3381 nəfərə çatıb.
Yaralıların sayı isə 20 426 nəfərə yüksəlib. Məlumata görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.