Türkiyədə zəlzələdə ölənlərin sayı 3400-ü ötdü - YENİLƏNDİ

13:20 - 7 Fevral 2023

Türkiyədə zəlzələdə ölənlərin sayı 3400-ü ötdü - YENİLƏNDİ

Türkiyənin vitse-prezidenti Fuat Oktayın sözlərinə görə, zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə çatıb: “Yaralıların sayı isə 20 534 nəfər təşkil edir. Dağıntılar altından 8 mindən çox insan çıxarılıb”.

***

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 3000-i ötüb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ölənlərin sayı 3381 nəfərə çatıb.

Yaralıların sayı isə 20 426 nəfərə yüksəlib. Məlumata görə, ölkədə zəlzələ nəticəsində 5775 bina dağılıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin