BMT Azərbaycana təşəkkür etdi

22:02 - 6 Fevral 2023

BMT Azərbaycana təşəkkür etdi

BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib.

Manset.az Report-a istinadən xəbər verir ki, bunu beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

"Kanberradakı və Bakıdakı dostlarımıza büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Beləliklə də onlar fəxri rütbəyə ödəniş edən 27-ci və 28-ci üzv dövlətlər olublar. Onların ikisi də paytaxtlardır. Kanberra Avstraliyanın, Bakı isə Azərbaycanın paytaxtıdır", - BMT sözçüsü vurğulayıb.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin